Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Ayaz Ağaxan oğlu

Masallı Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Yardımlı rayonu üzrə)

Əliyev Ayaz Ağaxan oğlu 02 noyabr 1958-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.1980-ci ildə Azərbaycan Dövlət Universitetində (İndiki BDU), 1991-ci ildə isə Saratov Sosial Siyasət İnistitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir 3 övladı var. YAP Yardımlı rayon təşkilatı siyasi şurasının üzvüdür.1980-ci ildə Yardımlı rayon Mədəniyyət şöbəsində MKS-nin direktor müavini kimi çalışmış,1983-1985-ci illərdə Yardımlı rayon Komsomol Komitəsinin II katibi, 1985-1989-cu illərdə Yardımlı rayon partiya komitəsində təlimatçı vəzifələrində işləmiş,1992-2005-ci illərdə Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləmişdir.2006 cı ildən 2017-ci ilədək  Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.  Hal hazırda Yardımlı rayonu üzrə baş məsləhətçi vəzifəsində  çalışır.