Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

İskəndərov Əli Mirzəli oğlu

Masallı Regional Mədəniyyət İdarəsi

Direktor

Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli Mirzəli oğlu İsgəndərov 16 aprel 1961-ci ildə Yardımlı qəsəbəsində anadan olmuşdur.Orta təhsilini 1968/78-ci illərdə Yardımlı qəsəbə 2 saylı orta məktəbdə almışdır.İki il Sovet Ordusunda hərbi qulluqdan sonra 1982/88-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində oxuyub ali təhsil almışdır.İxtisasca tarixçidir.1982-ci ildən muzeydə əvvəlcə elmi işçi, daha sonra fond müdiri, 10 may 1992-ci ildən muzeyin direktoru işləyir.Dəfələrlə Bakı şəhərindəki Respublika Mədəniyyət İşçilərinin muzey işi üzrə  ixtisasartırma kurslarının dinləyicisi, habelə Sovet dövründə Moskva şəhərində və Estoniyanın tanınmış muzeylərində iş-təcrübə və ixisasrtırma kurslarında dərs almışdır.Nümunəvi işinə görə Respublika Mədəniyyət Nazirliyinin, habelə yerli dövlət təşkilatları tərəfindən çoxlu fəxri-fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Telefon: 025 206 20 06 050 549 01 00

E-poçt: Eli.Iskenderov@mail.ru

Qəbul günləri: II və V günlər