Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq hüquqları aylığı

15.11.2018

15 Noyabr 2018 ci il tarixdə Cəlilabad rayon Gənclər və İdman idarəsi, Ombudsmanın Regional Mərkəzinin və Cəlilabad rayon MKS-in birgə təşkilatçılığı ilə rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində "Uşaq hüquqları aylığı" çərçivəsində şəhər 8 saylı tam orta məktəbinin VII "t" və VII "b" siniflərinin iştirakı informasiya saatı təşkil edilmişdir. Tədbirdə iştirak edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya Ismayilov "Uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" adlı məruzə oxumuş,mövzu ətrafında iştirakçılarla söhbət etmişdir.İnformasiya saatında Cəlilabad rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında insan hüquqları və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini vurğulamış, Uşaq Hüquqları Aylığı çərçivəsində bu mövzuda keçirilən tədbirə görə Ombudsmana təşəkkürünü bildirmişdir. Tədbir maraqlı və səmərəli müzakirə şəraitində davam etmişdir

 

83.7 KB

 

64.6 KB

 

58.9 KB