Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda futbol üzrə rayon birinciliyi başa çatıb

07.08.2017

Masallı rayonunun Kəlbəhüseynli kəndindəki “Qala” stadionunda iyunun 10-dan iyulun 7-dək davam edən Milli Qəhrəmanlar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin finalında bütün oyunları uğurla başa vuran Çaxırlı kəndinin “Qala” komandası və Binə Xocavar kəndinin “Binə-1” komandası qarşılaşıblar.

“Qala” komandası rəqibini 6:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub.