Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlı rayonunda hərbi çağırışçılar orduya yola salındı

05.07.2019

05 iyul 2019-cu ildə Yardımlı rayonundan Vətənə müddətli hərbi xidmətə nöbəti çağırışçıların təntənəli yolasalınma mərasimi təşkil edilmişdir.Tədbir Rayon rəhbərliyi və Respublika Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Yardımlı rayon bölməsinin təşkilatçılığı ilə Yardımlı şəhərindəki Heydər Əliyev muzeyi önündə təşkil edilmişdi. Rayonun müxtəlif idarə-müəssisələrindən dəvət edilmiş nümayəndələrin, ağsaqallar, şəhid valideyinlərindən, çağrışçılar və onların valideyinlərinin iştirakı ilə keçirilən təntənəli mərasimi giriş sözü ilə SHÇDX-i Yardımlı rayon bölməsinin rəisi polkovnik leytenant Rusiv Babayev açıb, gənclərin hərbi xidmətə çağrılmasının mahiyyətindən, şanlı Azərbaycan Ordusunda xidmətin şərəfindən danışmışdır. Sonra Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, çağırışçı valideyini  Yardımlı şəhər sakini Əli İskəndərov, Qarabağ döyüşçü və əlilləri, şəhid ailələri ictimai birliyi Yardımlı rayon bölməsinin sədri Çingiz Bədirov, Rayon Ağsaqqallar Şurasının üzvü cərrah Feyruz Sultanov çıxış edərək çağışçılara arzu və istəklərini, xeyir-duasını vermişdir.Tədbirə balaca məktəblilər Vətən şeiri ilə,rayon Mədəniyyət Mərkəzinin solisti Rəvan Qənbərov isə öz mahnısı ilə rəhg qatmışdır. Bundan sonra 35 nəfər çağırışçılar milli musiqi sədaları altında şən əhvalda rəqs etmiş və onları gözləyən avtobusa sərnişin olaraq böyük coşqu ilə hərbi hissələrə yola düşmüşdür.

 

103.4 KB

 

52.6 KB

 

50 KB