Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib.

30.09.2019

30 sentyabr tarixində Masallı Rayon Mədəniyyət Mərkəzində Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri və digərlərinin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib. Tədbirdə cari il ərzində mədəniyyət müəssisələri tərəfindən görülmüş işlər və onların nəticələri, qarşıda duran vəzifələr, yeni çağırışlar, mövcud problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Seminar-müşavirəni giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, əvvəlcə tədbir iştirakçılarını salamladı və cari il ərzində mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə görülmüş işlər haqqında geniş çıxış etdi. O, bildirdi ki, Regional İdarənin tabeliyində fəaliyyət göstərən bütün mədəni təsisatlarda işlər uğurla davam etdirilmiş və bu tarixəqədər olan məlumatlara əsasən müəssisələr plan üzrə müəyyən olunmuş vəzifə və işlərin icrasına əsasən nail olmuşlar. Qarşıda görüləcək işlərə toxunan V. Ismayilov, qeyd etdi ki, mədəniyyət müəssisələri qarşıda duran vəzifələri müvafiq normativlərə uyğun olaraq, vaxtında və layiqincə icra etməli, sakinlərə və qonaqlara mədəni xidmətlər mövcud imkanlar çərçivəsində yaxşı səviyyədə təşkil edilməli, mədəniyyət işçiləri müəssisədaxili və ümumrayon tədbirlərində, eləcə də sakinlərin asudə vaxtının səmərəli təşkili istiqamətində görülmüş mədəni tədbirlərdə fəal iştirak etməlidir. Son dövrlər ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışan V. İsmayılov, əlavə etdi ki, əmək haqlarının artırılması və digər sosial tədbirlər mədəniyyət sahəsində çalışan işçilərə də şamil edilmiş və bütün bunlar mədəniyyət işçilərini daha da məəsuliyyətli və əzmlə çalışmağa ruhlandırmışdır.

Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov isə rəhbərlik etdiyi müəssisənin cari il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirildi ki, kitabxana il ərzində respublikada nəşr olunmuş müxtəlif təyinatlı – bədii və qeyri-bədii ədəbiyyatla mütəmadi olaraq təmin edilmişdir. Cəlb edilmiş kitablar oxucu kontingentinin tələblərini əsasən qarşılamış, oxucular üçün kitabxanada müvafiq şərait yaradılmışdır. Bununla yanaşı, kitabxanada görkəmli ədib və tarixi şəxsiyyətlərin yubiley tədbirləri, müxtəlif bayram və əlamətdar günlər münasibətilə geniş tədbirlər, toplantılar keçirilmişdir.

Digər çıxışçılar da təmsil etdikləri müəssisələrdə görülmüş işlər haqqında danışdılar. Sonra qarşıda icra olunacaq işlər ətrafında tədbir iştirakçıları tərəfindən geniş fikir mübadiləsi aparıldı, mədəniyyət işçilərini maraqlandıran suallara cavablar verildi.

 

79.7 KB

 

87.4 KB

 

39.7 KB