Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı XI illik İncəsənət məktəbində Müəllimlər günü qeyd olundu

05.10.2019

          

5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”nü 100-dən çox ölkədə  qeyd edirlər. Müəllimlik dünyada ən çətin, ən ləyaqətli və ən şərəfli peşədir. Müəllim, gənc nəslin mənəvi aləmin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Onun məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən , insan hüqüqları və azadalıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan , müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

       5 oktyabr “Beynəlxaq Müəllimlər Günü” münasibəti ilə  Masallı rayon XI illik İncəsənət məktəbində geniş konsert keçirildi. Tədbirdə İlk olaraq məktəbin direktoru Azər Əhədzadə çıxış etdi. O, Təhsil sahəsində əldə olunan uğurlardan, maddi-texniki təminat məsələlərindən, respublika və rayon rəhbərliyinin yerli təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açdı. Azər Əhədzadə bütün təhsil işçilərini, o cümlədən Masallı  XI illik İncəsənət məktəbinin müəllim kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar dilədi.

         Məktəbin müəllim və şagirdlərinin bayram münasibəti ilə ifa etdikləri musiqi nömrələri tədbir iştirakçılarının alqışları ilə qarşılandı.  

 

 

47.4 KB

 

70.5 KB

 

56 KB