Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda Müstəqillik Gününə həsr edilmiş “Qarabağ Azərbaycandır!” şüarı altında yürüş – marafon keçirilib.

16.10.2019

16 oktyabr tarixində Masallı şəhərində Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” nə həsr edilmiş ümumrayon yürüş – marafonu keçirilib. Müstəqillik Gününün təntənəli surətdə qeyd edilməsi ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkili, fiziki imkanlarının artırılması, sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin artırılmasına töhfə məqsədilə keçirilən yürüşdə rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, gənclər, kollec tələbələri, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Şəhərin Azərbaycan küçəsindən start götürmüş yürüş, şəhərin mərkəzində yerləşən Qəhrəmanlar parkı ərazisində yekunlaşmışdır. Ümumi sayı 1000 nəfərdən yuxarı olan yürüş iştirakçıları arasında əsasən gənclər, kollec tələbələri və məktəblilər üstünlük təşkil edib. Yürüşdə qalib gəlmiş iştirakçılara qiymətli hədiyyələr və “Fəxri Fərman”lar təqdim edilib.

Yürüş-marafonla yanaşı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının aparatında da “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib. Təşkilat rəhbərliyi və fəalları, rayon ziyalıları, Qarabağ müharibəsi veteranları, QHT nümayəndələri və gənclərin iştirak etdiyi tədbirdə, oktyabr ayının 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən nüfuzlu ”Valday” Beynəlxalq Disskusiya Klubunda və MDB-nin Dövlət Başçıları Şurasının Aşqabad Zirvə toplantısında Prezident İlham Əliyevin Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini ifadə edən bəyanatı geniş müzakirə olunmuş, mövzu ilə bağlı çıxışlar edilmiş, fikirlər səsləndirilmişdir.

 

129.8 KB

 

94.4 KB

 

88.7 KB