Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib

21.11.2019

Noyabrın 21-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbiri Mirqabil Hüseynovun həyat və fəaliyyətindən bəhs edən filmin izlənilməsi ilə başlayıb. Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib.

           Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin cabiq başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin və onun siyasi davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, ağsaqqallara olan diqqət və qayğısından danışıb, Mirqabil Hüseynovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib, yubilyarı təbrik edib. YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, QMİ-nin bölgə qazisi Mirqiyas Təhməzov Mirqabil Hüseynovun Masallıda təhsilin inkişafında, eləcə də rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhər Ağsaqqallar Şurasının, şəhər “Cümə” məscidi dini icmasının sədri kimi fəal mövqeyindən bəhs ediblər. “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, həftəlik “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbin direktor müavini Gülağa Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabov, Masallı RMX-nın həkimi Maqsud İsrafilov, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Sahil Fərzəliyev, şəhər “Cümə” məsidinin axundu Hacı Məftun Hüseynov və başqaları yubilyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, cansağlığı arzulayıblar. Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq M.Hüseynov gənclərimiz üçün əsl örnəkdir.

Yubilyarı N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət nümayəndələri də öz musiqi töhfələri ilə təbrik ediblər.

 

83.4 KB

 

103.4 KB

 

109.3 KB