Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yerli misgər Taleh Ağayevin rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən sərgisinə yekun vurulub.

25.11.2019

Noyabrın 25-də Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun Boradigah qəsəbəsindən olan xalq sənətkarı Taleh Ağayevin əl işlərindən təşkil edilmiş “Qızıl əllər” adlı sərginin bağlanış mərasimi keçirilmişdir.

Xalq sənətkarlığı sahələrini, o cümlədən misgərlik sənəti nümunələrini və sözügedən sənət sahəsi ilə məşğul olan sənətkarları gənc nəslin nümayəndələrinə tanıtmaq, onlarda mədəni-etnoqrafik və müxtəlif xalq sənətkarlığı sahələri ilə bağlı təsəvvürlər yaratmaq məqsədilə keçirilmiş sərgidə, sənətkarın misdən hazırladığı müxtəlif məişət və dekorativ əşyalar nümayiş olunmuşdur.

Mərasimdə muzeyin direktoru Əntiqə Tağıyeva, misgər T. Ağayevə muzeydə keçirilən tədbirlərdə, eləcə də qədim misgərlik sənətinin yaşadılması və inkişafı, gənc nəslin nümayəndələrinə tanıdılması və təbliği işində göstərdiyi xidmətlərə görə təşəkkür edib, sənətkarı rəhbərlik etdiyi müəssisənin fəxri “Diplom”u ilə təltif etmişdir.

Xatırladaq ki, oktyabr ayının 1-dən təşkil edilmiş sərgi, Masallı Regional ASAN xidmət mərkəzinin könüllüləri, Masallı Dövlət Regional Kollecinin tələbələri, rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin digər nümayəndələri və rayona təşrif buyurmuş qonaqlar tərəfindən izlənilmiş və böyük maraqla qarşılanmışdır.

 

91.5 KB

 

79.7 KB

 

18 KB