Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionlarda ictimai iştirakçılığın genişləndirilməsi

25.11.2019

25 noyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Jurnalist Araşdırmaları İctimai Birliyinin  Regionlarda ictimai iştirakçılığın genişləndirməsinə dəstək layihəsinin tədbiri keçirildi. Layihənin rəhbəri, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycan Prezidenti yanında Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasinin himayə etdiyi layihə çərçivəsində Salyan , Xaçmaz və Masallı rayonlarında vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər və müxtəlif peşə sahibləri ilə  görüşlər keçirilib. O, sözügedən layihənin icrasına dövlətin dəstək verdiyini, dövlət və vətəndaş arasında münasibətlərdə şəffaflığın təmin olunmasında ictimai nəzarət mexanizmin mühüm əhəmiyət daşıdığını vurğulayıb.Sonra layihənin eksperti Teyyub Mirqasımov çıxış edərək bu təşəbbüsün gerçəkləşməsinin vətəndaşların ictimai-siyasi proseslərdə fəal iştirak etməsi, ictimai nəzarətin gücləndirilməsi,uğurlu vətəndas iştirakçılığı  nümunələrinin yaradılması və təbliğinə yardım göstərilməsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

48.3 KB

 

43.5 KB

 

43.9 KB