Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Mədəniyyət Mərkəzində məktəblilərin iştirakı ilə yeni il şənliyi keçirilib.

28.12.2019

Dekabrın 28-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş “Gəlin həmrəy olaq” adlı bayram şənliyi keçirilib. Rayon Mədəniyyət Mərkəzi və Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştirak edib.

Əvvəlcə tədbirin təşkilatçıları - Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, şəhər 2 saylı məktəbin direktoru Mehriban Əzizova və Masallı Rayon Xalq teatrının aktyoru və prodüsseri Mərhəmət Lələyev çıxış edərək, məktəbliləri Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, həmrəylik günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən əlamətdar günlərdən biridir. Etnik, dil, din və digər müxtəlifliyə baxmayaraq, üzərində yaşadığı torpağı vətən bilən istənilən azərbaycanlını vahid fikir, ideya və düşüncə ətrafında həmrəy olmağa çağıran ümumxalq əhəmiyyətli bayramdır. Əlavə olunub ki, həmrəylik günü ölkə daxilində milli həmrəyliyin və harmoniyanın qorunub saxlanılmasına töhfə verdiyi kimi, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrin qurulması, onların ümumxalq məsələlərinə cəlb olunması işinə böyük imkanlar yaradır.

Çıxışlardan sonra bayram konserti keçirilib. Konsertdə Mədəniyyət Mərkəzinin instrumental musiqi ifaçıları və solistləri tərəfindən bayram əhval-ruhiyyəli musiqilər ifa olunub. Şaxta Baba və Qar Qızın da iştirak etdiyi şənlikdə məktəblilərə bayram sovqatı paylanıb. Sonra şəhər 2 saylı tam orta məktəbin direktoru M. Əzizova tədbirdə fəal iştirak edən məktəbliləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif edib.

Bayram şənliyi Lənkəran Dövlət Humanitar Kollecinin musiqi ansanblının ifaları, məktəblilərin mövzu ilə bağlı hazırladıqları kompozisiyanın nümayiş olunması ilə yekunlaşıb.

 

271.3 KB

 

203.2 KB

 

217.1 KB