Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi “N”saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

29.12.2019

Dekabrın 29-da Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin incəsənət kollektivi Göytəpə şəhərinin inzibati ərazisində yerləşən “N”saylı hərbi hissədə 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə konsert proqramı ilə çıxış edib.

Konsert tədbirində hərbi hissənin zabit və əsgər heyəti ilə yanaşı, hərbçilərin doğmaları və yaxınları da iştirak edib.

Bayram konsertindən əvvəl çıxış edən hərbi hissə rəhbərliyi, qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dünya azərbaycanlılarını və tədbir iştirakçılarını təbrik edib. O, yeni, 2020-ci ildə düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyini arzuladığını, bunun üçün ölkə rəhbərliyində siyasi iradənin, dövlətin yetərli hərbi potensialının olduğunu diqqətə çatdırıb.

Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov isə, rəhbərlik etdiyi müəssisə və incəsənət kollektivi adından hərbçi heyətini və digər tədbir iştirakçılarını hər iki əlamətdar gün münasibətilə təbrik edib. O, mədəniyyət işçilərinin bu kimi tədbirlərdə yüksək vətənpərvərlik duyğuları ilə iştirak etdiklərini və bunu özlərinin vətəndaşlıq borcu saydıqlarını qeyd edib.

Təbrik nitqlərindən sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental musiqi ifaçıları və solistləri rəngarəng, bayram ovqatlı musiqi nömrələri ifa ediblər. Bayram konsertinə mərkəzin rəqs kollektivlərinin çıxışları ilə yekun vurulub.

 

33.9 KB

 

30.6 KB

 

33.5 KB