Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda möhtəşəm yeni il konserti keçirilib.

31.12.2019

Dekabr ayının 31-də Masallı Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə möhtəşəm konsert proqramı keçirilib.

Rayon ictimaiyyətinin və qonaqların iştirak etdiyi konsert tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hər iki əlamətdar gün münasibətilə Azərbaycan xalqını, o cümlədən tədbir iştirakçılarını təbrik edib. O, çıxışında ötən il ərzində qazanılmış uğurlardan, qarşıda duran vəzifə və görüləcək işlərdən söz açıb. Digər çıxış edənlər də təbriklərə qoşularaq, xalqımıza göş günlər, firavanlıq arzu ediblər.

Sonra səhnəyə incəsənət ustaları dəvət edilib. Əvvəlcə Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental musiqi ifaçıları və solistləri zövqlü və bayram əhval-ruhiyyəli musiqi parçaları ifa ediblər. İstedadlı müğənnilərdən Miriş Hüseynov, Ruslan Zahidov, Şamo İbayev və digərlərinin ifalarından sonra, səhnəyə respublikanın tanınmış müğənnilərindən biri,  Xalq artisti Nisə Qasımova dəvət edilib. Öz repertuarından sevilən mahnılar ifa edən sənətçi tədbir iştirakçıları tərəfindən böyük rəğbət və maraqla qarşılanıb. Daha sonra “Halay” folklor rəqs ansanblı çıxış edib.

Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, rayonun bir sıra ərazilərində, eləcə də dövlət idarə və müəssisələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilmiş silsilə tədbirlər, konsert proqramlarında rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi yaxından iştirak etmiş, sakinlərin mədəni istirahəti, asudə vaxtlarının səmərəli təşkilinə öz musiqili töhfəsini vermişdir.

 

226.8 KB

 

284.1 KB

 

150.5 KB