Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Köhnə Zuvand ərazisindəsakinlərlə görüş-tədbir keçirilib.

01.01.2020

1 yanvar 2020-ci il tarixində Masallı rayonunun Köhnə Zuvand kəndi ərazisində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun iştirakı ilə kənd sakinləri, o cümlədən ağsaqqallar, təhsil işçilərilə görüş-tədbir keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramına həsr olunmuş tədbirdə İcra başçısı əvvəlcə hər iki əlamətdar gün münasibətilə Azərbaycan xalqını, həmçinin yerli sakinləri təbrik edib. Sonra o, arxada qoyduğumuz 2019-cu ilin yekunları haqqında geniş çıxış edib. Ş. Məmmədov çıxışında ölkədə ötən il ərzində əldə edilmiş nailiyyətlərdən, o cümlədən iqtisadiyyatın artım dinamikasından, iqtisadi-sosial sahədə baş vermiş müsbət dəyişikliklərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlərdən, dövlət orqanlarında aparılan kadr və struktur islahatlarından və digər məsələlərdən danışıb. Masallıda son vaxtlar aparılan abadlıq-quruculuq işlərinə də toxunan başçı, bu kimi tədbirlərin yeni ildə də davam etdiriləcəyini bildirib. O, həmçinin rayonun kommunal xidmətlərlə yüksək keyfiyyətli təminatı istiqamətində addımlar atılacağını da diqqətə çatdırıb. Təhsil sahəsinə də toxunan Ş. Məmmədov qeyd edib ki, Masallı rayonunda təhsilinin inkişafına nail olmaq görüləcək işlər arasında prioritet istiqamətlərdən birini təşkil edir.Əlavə edib ki, sözügedən sahənin inkişafı üçün bütün zəruri tədbirlər görülməli və Masallı rayonu təhsil göstəricilərinə görə respublikanın qabaqcıl rayonlarından birinə çevrilməlidir. Bu baxımdan, müvafiq qurumlarla yanaşı, təhsil işçiləri üzərinə də böyük məsuliyyət payı düşdüyünü vurğulayıb.

Çıxışlardan sonrasakinlərə bayram sovqatı paylanılıb və görüş yeni il süfrəsi arxasında davam etdirilib.

Daha sonra, həmrəylik günü və yeni ilə həsr olunmuş bayram konserti keçirilib. Konsert proqramında Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental musiqi ifaçıları və solistləri bayram ovqatlı musiqi nömrələri ifa ediblər. Yerli incəsənət ustalarından Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, paytaxtdan təşrif buyurmuş Nəzakət Veysəlovanın çıxış etdiyi tədbirə “Halay” folklor rəqs ansanblının maraqlı çıxışları ilə yekun vurulub. 

 

172.8 KB

 

197.7 KB

 

156.3 KB