Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

20.01.2020

Yanvarın 20-də Masallı şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib.

 

Yadetmə mərasimində rayon rəhbərliyi, yerli icra orqanları əməkdaşları, idarə və müəssisə, təhsil, səhiyyə və mədəniyyət işçiləri, tələbələr, məktəblilər və digər ictimaiyyət nümayəndələri iştirak edib.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi şəhərin "Qəhrəmanlar" parkı ərazisində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış memorial abidə önünə tər əklillərin qoyulması ilə yad edilib.

20 Yanvar xalqımızın hüzn günü olmaqla yanaşı, həm də milli qürür və qəhrəmanlıq günüdür.

1990-cı il, 20 yanvarda baş vermiş qanlı hadisələr, əliyalın insanların sovet ordusu önündə göstərdiyi misilsiz cəsarət və mərdlik nümunəsi, xalqımızın azad və müstəqil yaşamaq eşqini və iradəsini bir daha bütün dünyaya sübut etdi. Qanlı faciədə həlak olmuş insanlar xalqımız tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş ilk azadlıq fədailəri kimi yad edilir, xatirələri daim əziz tutulur. Ölümləri ilə ölkəmizin tarixinə yeni - parlaq bir qəhrəmanlıq səhifəsi yazmış şəhidlərin ruhu qəlblərdə əbədi olaraq yaşayacaqdır.

 

20 Yanvar şəhidlərini dərin hüznlə anır, onlara Allahdan rəhmət diləyirik.

 

247.4 KB

 

271 KB

 

253.3 KB