Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda 2 fevral – Gənclər Günü münasibətilə geniş tədbir keçirilib.

01.02.2020

Fevralın 1-də Masallı şəhərində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon rəhbərliyi, dövlət idarə və müəssisə işçiləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, gənclər, tələbələr və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə əklillər qoyulub.

Tədbir ümummilli lider H. Əliyevin gənclər siyasətindən bəhs edən videorolikin nümayiş olunması ilə başlayıb.

Sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov geniş məruzə ilə çıxış edib. O, çıxışında ümummilli lider H. Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, o cümlədən onların təhsil, məşğulluq və digər sosial problemlərinin həlli istiqamətində görülmüş tədbirlərdən, gənclərin zərərli vərdişlərdən qorunması, habelə gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi, əqli-intellektual yarış və müsabiqələrə, müxtəlif dövlət layihələri və proqramlarına cəlb edilməsi, eləcə də Masallı Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətindən bəhs edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, gənclər günü münasibətilə ölkə gənclərini təbrik edərək, onlara müvəffəqiyyətlər arzu edib. Ş. Məmmədov ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti, gənclər gününün qeyd olunması haqqında 1997-ci il tarixli Prezident sərəncamı, ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi və digər məsələlər barəsində ətraflı çıxış edib. Masallı əhalisinin yaş tərkibində gənclərin üstünlük təşkil etdiyini qeyd edən başçı, gəncləri daim fəal olmağa, təhsil almağa, özlərini savadlı və dünyagörüşlü vətəndaş kimi formalaşdırmağa çağırıb.

Tədbirdə gənclər də çıxış edib. Onlar dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıya, gənclərin inkişafı üçün ölkədə yaradılmış hərtərəfli şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Daha sonra idman, təhsil, dövlət qulluğu və digər sahələrdə uğur qazanmış bir sıra gənclər rayon İcra Hakimiyyətinin başçısı Ş. Məmmədov tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Çıxışlardan sonra Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert proqramında mərkəzin instrumental musiqi ifaçılarının müşayiəti ilə Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, Xalid Hümmətoğlu, Fərid Hacıyev, Aysel Nərimanova və mərkəzin digər solistlər bir-birindən maraqlı və zövqlü musiqi nömrələri ifa ediblər. Sonda “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupu çıxış edib.

 

196.6 KB

 

268.2 KB

 

263.6 KB