Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ermənilərin Bakıda azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 115 il ötür

06.02.2020

6 fevral tarixində Masallı Tarix Diyarşünaslıq muzeyində Sübhan Xəlilov adına Qızılağac tam orta məktəbin 10-11-sinif şafirdlərinə bu tarixlə bağlı " Cəzasız qalmış cinayətlər" mövzusunda tarixi dərs keçirildi .Dərs zamanı muzeyin direktoru Tağıyeva Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmasından,mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmasından, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskənlərin dağıdılıb viran edilməsindən , XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilməsindən, Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etməsindən ,bunun da düşünülmüş surətdə törədilmiş cinayət və soyqırım olmasından danışdı.
Azərbaycanın Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş bir terror olduğunu şagirdlərə soylədi.
“Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada” kitabında qeyd olunur ki, “ermənilər 1905-ci ildən tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan qanlı qırğın törətdilər Bu müharibə təkcə Yuxarı Qarabağda deyil, 6-9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan Quberniyasında, 29-25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə ölümünə səbəb olmuşdur”.
Bakıda baş verən erməni-müsəlman qırğınları bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub "erməni dövləti "yaradacaqlarına əmin idilər. Lakin ermənilərin niyyətləri baş tutmamış və nəticədə məğlub olaraq qırğınları dayandırmağa məcbur olmuşlar
Sonra muzeyin bələdçisi Şabanzadə İlkin mühazirə edərək tarixi hadisə ilə bağlı daha geniş məlumatları şagirdlərə çatdırdı.

 

33.5 KB

 

31.9 KB

 

48.4 KB