Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

26 Xocalı faciəsi ilə əlaqədar “Xoşbəxt ailənin faciəsi” adlı ssenarisi əsasında hazırlanmış tamaşa

24.02.2020

Cəlilabad MKS.24 fevral 2020-ci il tarixdə Mərkəzi kitabxanada 26 Xocalı faciəsi ilə əlaqədar  Uzuntəpə  kənd mədəniyyət evinin metodisti Nicat Quliyevin ssenarisi əsasında “Xoşbəxt ailənin faciəsi” adlı tamaşa nümayiş etdirildi. Tədbirdə  Cəlilabad rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov,Musalı kənd tam orta məktəbin müəllimi Adıgözəl Nuriyev, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Azərbaycan Respublikası Daxili Qoşunlarının Cəlilabad rayonunda  yerləşən “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti, Cəlilabad rayon Tibb kursunun müəllim və tələbələri, 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Tamaşa  tibb kursunun tələbələri və 2 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmışdır.Tədbiri MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Nadir Şəmili açaraq sözü Cəlilabad rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərova verdi. Sonra  tamaşa nümayiş etdirildi. Tamaşanın nümayişindən sonra Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov faciə ilə əlaqədar ətraflı çıxış etdi. Tədbirdə Xocalı faciəsinə həsr edilmiş sərgi nümayiş etdirildi.

 

76.8 KB

 

91 KB

 

79.8 KB