Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalıdan gələn səslər

26.02.2020

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edib. O, çıxışında  Xocalı soyqırımının törədilməsi səbəbləri, qanlı cinayət aktı və qurbanları, cinayətə hüquqi-siyasi qiymətin verilməsi, hökumət və bir sıra təşkilatlar tərəfindən soyqırım faktının beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülmüş tədbirlər haqqında danışıb. Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının gənc üzvləri və digər natiqlər də Xocalıda törədilmiş cinayətlər, erməni millətçiləri tərəfindən tarixən xalqımızın başına gətirilən faciələr, erməni vandalizmi, o cümlədən tarixi-mədəni abidələrin talan edilməsi, Xocalı şəhərinin sağ qalmış sakinlərinin respublikanın müxtəlif şəhər və rayonlarındakı məcburi köçkün həyatı və digər məsələlərdən söz açıblar.

Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş “Xocalıdan gələn səslər” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Masallı Rayon Xalq teatrının aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələrinin birgərol aldıqları, rejissor Cəmaləddin Əliyev və gənc aktyor Mərhəmət Lələyevin quruluş verdiklərikompozisiyada soyqırım gecəsi törədilmiş qanlı cinayətlər səhnələşdirilib.

Anım tədbirinin sonunda mərkəzin foyesində Xocalıdakı cinayətləri əks etdirən fotoşəkil və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

195.2 KB

 

183.9 KB

 

204.9 KB