Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə çalışan əməkdaşlar tərəfindən “DOST xonçası” sosial kampaniyası çərçivəsində ahıl və xəstə insanlara bayram sovqatı paylanılıb.

18.03.2020

Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə çalışan əməkdaşlar tərəfindən “DOST xonçası” sosial kampaniyası çərçivəsində ahıl və xəstə insanlara bayram sovqatı paylanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə son illər novruz bayramı ərəfəsində keçirilən və artıq ənənə halını almış “DOST xonçası” sosial kampaniyasına Masallı Regional Mədəniyyət İdarəsi və İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri də qoşulub. Kampaniya çərçivəsində mədəniyyət işçiləri xəstə, tənha ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanlara bayram sovqatı apararaq onları ziyarət edib, problemləri ilə maraqlanıblar.

Kampaniyanın ilk günü Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri sözügedən sosial aksiyaya qoşularaq rayonun bir sıra kəndlərində yaşayan xəstə, tənha ahıl və kimsəsiz insanları ziyarət edib, şirniyyat və müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı ilə təbrik edib, onlara sağlam həyat və xoş günlər diləyiblər.
Sonrakı günlərdə Regional İdarənin Cəlilabad və Yardımlı rayonlarında yerləşən mədəniyyət müəssisələri də "DOST xonçası" sosial layihəsinə öz tövhələrini verərək, tənha ahıl və xəstə insanlara baş çəkib, onları novruz bayramı münasibətilə təbrik edib, qayğıları ilə maraqlanıblar. Ahıl və xəstə insanları novruz şirniyyatı və çeşidli ərzaq məhsullarından ibarət bayram sovqatı ilə ziyarətə gedən mədəniyyət işçiləri, bayramlaşmaq və paylaşmağın novruz bayramının əsas adətlərindən biri olduğunu, xalqımız sözügedən dəyərləri qədim zamanlardan bu günə qədər qoruduğunu diqqətə çatdırıblar.

 

218.6 KB

 

235.6 KB

 

210.1 KB