Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə Novruz bayramı ilə əlaqədar növbətçilik rejimi tətbiq ediləcək.

19.03.2020

Novruz bayramı (qeyri-iş) günlərində Regional İdarədə və İdarənin tabeliyində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində koronavirus (COVİD - 19) infeksiyası ilə bağlı baş verə biləcək təcili və təxirəsalınmaz hadisələr zamanı lazımi tədbirlərin görülməsi və rəhbərliyin vaxtında məlumatlandırılması məqsədilə növbətçilik rejimi tətbiq ediləcəkdir. Bununla əlaqədar İdarədə novbətçilik qrafiki tərtib edilmişdir. Qrafikdə bayram günlərinin davam edəcəyi müddətdə İdarədə növbədə olacaq məsul növbətçilərin adları və əlaqə vasitələri (iş və mobil nömrələri) göstərilmişdir.

Qeyd olunan məsələ ilə əlaqədar tabe müəssisələrdə baş verə biləcək hadisələr zamanı müəssisələr üzrə növbətçilərin vaxtında və operativ şəkildə İdarənin məsul növbətçilərini məlumatlandırması zəruridir.

Regional İdarənin növbətçilik cədvəlini tabe müəssisələrin və əlaqədar şəxslərin diqqətinə çatdırırıq.

 

 

320.8 KB