Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Unutmayaq

28.04.2020

Masallı Regional Mədəniyyət İdarəsi sosial qayğıya ehtiyacı olan keçmiş mədəniyyət işçiləri, kimsəsiz və təhna yaşayan ahılları, aztəminatlı ailələri mütəmadi olaraq yad edir, onlara maddi dəstək göstərməyə çalışır.

9 May - faşizm üzərində Qələbə Günü ərəfəsində adıçəkilən müəssisənin əməkdaşları Böyük Vətən Müharibəsi iştirakçılarına da baş çəkir, qayğıları və səhhətlərilə maraqlanırlar.

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları bu məqsədlə, Cəlilabad rayon Gülməmmədli kənd sakini, Böyük Vətən Müharibəsi iştirakçısı Heydər Əliyevi ziyarət edib, ona ərzaq məhsullarından ibarət sovqat aparıblar.

Qeyd edək ki, Heydər Məmmədəli oğlu Əliyev 1923-cü ildə anadan olub. O, müharibə zamanı cəbhənin bir sıra istiqamətlərində düşmənlə döyüşmüş, qələbənin qazanılmasına öz töhfəsini vermişdir.

 

94.4 KB

 

101.9 KB