Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gənc sənətçi Ruslan Zahidovun onlayn konserti keçirilib.

29.04.2020


Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən virtual mədəni tədbirlər, o cümlədən canlı konsert proqramları davam edir. Mədəni tədbirlərdə regionun istedadlı incəsənət adamları maraqlı və rəngarəng sənət repertuarı ilə çıxış edir, musiqisevərlərə xoş ovqat və yüksək əhval-ruhiyyə yaradan musiqi nömrələri təqdim edirlər.
Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti, istedadlı gənc sənətçi Ruslan Zahidovun canlı virtual konserti də bəhs olunan mədəni tədbirlər sırasına aid oluna bilər.
Aprelin 29-da Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin konsert zalında keçirilən proqramda R. Zahidov, bir-birindən maraqlı musiqi ifaları təqdim edib. 25 dəqiqə davam edən tədbirdə R. Zahidovu mədəniyyət mərkəzinin instrumental musiqiçi kollektivi müşayiət edib. Konsert proqramında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, R. Zahidov Masallı şəhərində musiqiçi ailəsində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini solo ifaçılığı ixtisası üzrə bitirib. R. Zahidov Masallıda, eləcə də respublikamızın bir sıra rayonlarında keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. O, musiqi ifaçılığı ilə yanaşı, həm də ifa etdiyi bir sıra mahnıların müəllifi kimi tanınır. Belə ki, son zamanlar sənətsevərlər tərəfindən rəğbətlə qarşılanan, doğulduğu diyara həsr etdiyi “Masallı” və digər mahnılarının musiqisi R. Zahidova aiddir.
Bir daha xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
 

 

159.1 KB

 

151.3 KB

 

187.7 KB