Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Unutmayaq...

02.05.2020

Masallı Regional Mədəniyyət İdarəsilə yanaşı, müvafiq sahədə fəaliyyət göstərən həmkarlar təşkilatları da sosial qayğıya ehtiyacı olan keçmiş mədəniyyət işçilərini, təhna yaşayan ahılları, aztəminatlı ailələri mütəmadi olaraq ziyarət edir, onlara maddi dəstək göstərməyə çalışırlar.

9 May - faşizm üzərində Qələbə Günü ərəfəsində adıçəkilən müəssisə və təşkilatın əməkdaşları İkinci Dünya Müharibəsi iştirakçılarına baş çəkir, qayğıları və səhhətlərilə maraqlanırlar.

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, eləcə də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri Vəkil İsmailov bu məqsədlə, rayonun Viləş kənd sakini, İkinci Dünya Müharibəsi iştirakçısı Cənnət Teymurovu ziyarət edib, ona ərzaq məhsullarından ibarət sovqat aparıblar.

Qeyd edək ki, C. Teymurov 1922-ci ildə anadan olub. O, müharibə zamanı cəbhənin bir sıra istiqamətlərində düşmənlə döyüşmüş, qələbənin qazanılmasına öz töhfəsini vermişdir.

 

248.9 KB

 

317.1 KB

 

200.9 KB