Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual konsert proqramı keçirilib.

10.05.2020

Mayın 10-da Masallı Regional Mədəniyyət İdarəsi və Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual konsert proqramı keçirilib.

Konsert tədbirində Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov kimi sevilən incəsənət ustaları iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzinin konsert zalında keçirilən musiqi tədbirində sənətçilər görkəmli Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Aygün Səmədzadə və başqalarının repertuarından zövqlü musiqi nömrələri ifa ediblər. Konsert proqramında sənətçiləri rayon mədəniyyət mərkəzinin “Masallı” instrumental musiqi ansanblı müşayiət edib. Növbəli ifa prinsipi ilə keçirilən proqramda tədbirin aparıcısı ilk olaraq Atamoğlan Zahidi səhnəyə dəvət edib. A. Zahidin açılış ifasından sonra digər sənətçilər də növbə ilə səhnəyə dəvət edilib.

Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Ölkədə mövcud pandemiya təhlükəsilə əlaqədar olaraq mədəni-kütləvi, eləcə də digər ictimai xarakterli tədbirlər təxirə salınıb. Lakin, buna baxmayaraq, Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr müvafiq Tədbirlər Planına uyğun olaraq fəaliyyətlərini müasir texnoloji vasitələrdən istifadə edərək onlayn qaydada davam etdirir, müxtəlif virtual mədəni tədbirlərlə çıxış edirlər. Bəhs olunan virtual layihələrdən biri də Azərbaycan xalqının böyük oğlu, müasir dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevə həsr olunan virtual “Yaz festivalı” müsabiqəsidir. 3 janr, o cümlədən bədii qiraət, rəsm işləri və solo musiqi ifaları üzrə keçirilən festivalda regionun mədəniyyət müəssisələrinin işçilərilə yanaşı, yerli sakinlər də maraqlı təqdimatlarla fəal iştirak ediblər.

Qeyd edək ki, 10 aprel tarixindən start götürmüş festivala qarşıdakı günlərdə yekun vurulacaq.

 

318.1 KB

 

392.1 KB

 

306.6 KB