Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlı və Cəlilabad rayonlarındakı mədəniyyət müəssisələrində virtual mədəni tədbirlər davam etdirilir.

10.05.2020

Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda maraqlı virtual mədəni tədbirlər bir-birini əvəz edir. Regionun incəsənət adamları müxtəlif maraqlı mədəniyyət ideyaları və layihələrilə çıxış edirlər. Bununla onlar həm mədəniyyət müəssisələrinin fəaliyyətlərinə fasilə verilmədən davam etdirmələrinə, həm də pandemiya təhlükəsilə əlaqədar bütün mədəni-kütləvi və digər mədəniyyət tədbirlərinin təxirə salındığı müddətdə insanların mədəni-mənəvi istirahətinin təmin olunmasına virtual imkanlar yaradırlar.

Bunları nəzərə alaraq, mayın 9-da Yardımlı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə virtual konsert proqramı ilə çıxış edib. Mərkəzin tədbir zalında baş tutan musiqi proqramında mədəniyyət mərkəzinin solistləri bir-birindən zövqlü bəstəkar musiqiləri səsləndiriblər. Sənətçiləri mərkəzin instrumental musiqiçi ansanblı müşayiət edib.

Mayın 10-da isə Cəlilabadlı səhnə ustaları növbəti kompozisiya ilə teatrsevərlərlə virtual görüşə gəliblər. Belə ki, Cəlilabad Rayon Xalq Teatrının sənət kollektivi bu dəfə Azərbaycanın müasir dövlətçilik tarixinə adını əbədi yazdırmış, böyük şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əlyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan teatr kompozisiyası ilə çıxış ediblər. “Ölümsüz həyat” adlanan səhnə əsərinin ssenari müəllifi və rejissoru Buludxan Buludovdur. Ümummilli liderin həyatı və fəaliyyətindən bəhs edən kompozisiyada teatrın baş rejissoru Buludxan Buludov, təşkilatçılar Ramil İbrahimov və Elnur Atakişiyevlə yanaşı, istedadlı gənc aktyorlar Elsun İslamzadə, Xəyal Əliyev və Zəka İmanov da rol alıblar. Sənətsevərlər tərəfindən maraqla qarşılanan virtual kompozisiyanın səhnə dekorasiyası və tərtibat işləri rəssam Elçin Nəzərova aiddir.

Qeyd edək ki, hər iki sənət tədbiri sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 

146.8 KB

 

59.4 KB

 

81.6 KB