Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Laçın rayonunun işğalı ilə əlaqədar tədbir keçirilib.

18.05.2020

18 may tarixində Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğal olunmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Karantin rejiminin qaydaları nəzərə alınaraq keçirilmiş tədbirdə muzey əməkdaşları iştirak ediblər.

Tədbirə giriş sözü ilə başlayan muzeyin fond müdiri İlqar Həsənov, “Vandalizmə yox deyək!” şüarı altında cıxış edib. O, çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini, günahsız insanların, o cümlədən körpələrin, qadınların, yaşlı insanların xüsusi amansızlıqla qətlə yetirilməsini, işğal zamanı tarixi-mədəni abidələrin, təhsil ocaqlarının, məscidlərin dağıdılmasını qınayıb, erməni millətçilərinin insani dəyərlərə sığmayan vəhşi əməllərini pisləyib. İ. Həsənov onu da əlavə edib ki, Ulu öndər Heydər Əliyevin uğurlu siyasi-hərbi strategiyası nəticəsində ermənilərin daha geniş əraziləri işğal etmək niyyətlərinə son qoyulmuş, Azərbaycan böyük bəlalardan xilas edilmişdir.

Sonra muzeyin elmi işçisi Əlisəfa Əhmədov cıxış edib. Bildirilib ki, Qarabağ konfliktinin ədalətli hüquqi tənzimlənməsinə beynəlxalq müstəvidə biganə münasibət nümayiş olunur. Belə ki, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi Qətnamələrin düşmən tərəfindən icra olunmaması beynəlxalq güclər tərəfindən diqqətdən yayınır.

Sonda isə muzeyin digər əməkdaşı Samiq Əhmədov tərəfindən Məmməd Arazın “Dur ayağa, Azərbaycan” şeiri səsləndirilib.

 

 

154 KB