Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Müzeylər Günü” virtual qaydada qeyd olunub.

18.05.2020

Mayın 18-də Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Müzeyində “18 May – Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş virtual tədbir keçirilib. “Folklorumuzun keçmişi və bu günü” adlanan tədbirdə “Halay” folklor xalq kollektivinin üzvləri iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva əvvəlcə Masallı folklorunun keçmişi, tarixən formalaşmış ənənələri və müxtəlif istiqamətləri haqqında ətraflı məlumatlar verib. Sonra folklor kollektivinin çıxışlarına yer verilib. Kollektiv tərəfindən təqdim olunan kiçik həcmli folklor melodiyaları və bayatılar əsasən məişət və təssərrüfat motivli olmaqla, Ə. Tağıyeva tərəfindən intermediya zamanı səsləndirilən məlumatlarla məzmun etibarilə uyğunluq təşkil edib.

Tədbir sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Ə. Tağıyeva tədbirdən sonra videokonfrans vasitəsilə Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirə qatılıb. “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizi altında keçirilmiş tədbirdə Masallı muzeyinin əməkdaşları ilə yanaşı, respublikanın paytaxtı və bölgələrində fəaliyyət göstərən muzey tipli müəssisələrin nümayəndələri də onlayn qaydada iştirak ediblər. Tədbirdə xalq sənətkarlığının müxtəlif sahələrilə bağlı virtual ekskursiyalar, seminarlar keçirilib.

Tədbirin virtual ekskursiya bölümündə Ə. Tağıyeva və bələdçi Tohid Mikayılov Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təmsilçiləri kimi bölgənin xalq sənətkarlığı sahələri və nümunələri haqqında virtual ekskursiya aparıblar.

Sonra tədbirin təşkilatçıları tərəfindən müvafiq mövzuda muzey əməkdaşları üçün virtual seminarlar keçirilib.

 

53.9 KB

 

76.4 KB