Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Onbirillik İncəsənət Məktəbinin müəllim kollektivi virtual konsert proqramı ilə çıxış edib.

21.05.2020

Mayın 21-də Masallı Rayon Onbirillik İncəsənət Məktəbinin müəllim kollektivinin virtual konserti keçirilib. “Sənətinlə dəstək ol” devizi altında keçirilən musiqi tədbiri sözügedən təhsil müəssisəsinin tədbir zalında baş tutub.

Virtual konsert proqramında məktəbin müxtəlif musiqi ixtisasları üzrə müəllimləri iştirak ediblər. Əvvəlcə məktəbin müəllimi Aysel Nərimanova bir sıra görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Sonra təhsil ocağının digər müəllimləri Qabil Niftiyev və Məhbub Şüküroğlu da ifa etdikləri musiqi alətlərində bir neçə xalq və bəstəkar mahnıları səsləndiriblər. 40 dəqiqədən çox davam edən konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, rayon Onbirillik İncəsənət Məktəbi musiqi ixtisasları üzrə təhsil verən ixtisaslaşmış tədris ocağıdır. Bu günədək təhsil müəssisəsini müxtəlif ixtisaslar üzrə yüzlərlə şagird bitirib. Onların arasında bu gün təkcə Masallıda deyil, respublika miqyasında tanınan və sevilən bir çox incəsənət ustaları da var. Müəssisənin kollektivi arasında yüksək pedaqoji keyfiyyətlərilə yanaşı, sənətilə də fərqlənməyi bacaran peşəkar sənət adamları az deyil. Bu baxımdan, bugünki virtual konsert proqramında iştirak edən Q. Niftiyev, M. Şüküroğlu, A. Nərimanova və digər sənətçiləri göstərmək olar.

Xatırladaq ki, virtual konsert təhsil müəssisəsinin bəhs olunan deviz altında keçirdiyi ikinci musiqi tədbiridir.

Məlumat üçün əlavə edək ki, Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə artıq xeyli müddətdir ki, regionun mədəniyyət müəssisələri tərəfindən müxtəlif virtual mədəni tədbirlər, o cümlədən musiqi proqramları davam etdirilir. Tədbirlərdə teatr kollektivləri, musiqi və incəsənət məktəbləri, ayrı-ayrı sənət adamları maraqlı virtual layihələrlə, mədəni təqdimatlarla çıxış edirlər. Onlayn platforma vasitəsilə canlı yayımlanan mədəniyyət tədbirləri izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.

 

373.2 KB

 

215.9 KB

 

194.8 KB