Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionun mədəniyyət mərkəzləri tərəfindən 28 May – Respublika Gününə həsr olunan onlayn konsert proqramları keçirilib.

28.05.2020

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzlərində 28 May – Respublika Gününə həsr olunan konsert proqramları keçirilib. İnternet resursları vasitəsilə canlı yayımlanan konsert tədbirlərində mərkəzlərin incəsənət kollektivləri iştirak edib.

Eyni gündə - 28 may tarixində keçirilmiş musiqi tədbirlərində ilk olaraq Yardımlı rayonundan olan incəsənət ustaları səhnəni bölüşüblər. Tədbirdə Yardımlı Rayon Mədəniyyət Mərkəzinin solistləri - Elxan Qəhrəmanoğlu, Rayət Nəcəfov və digərləri çıxış ediblər. Mərkəzin tədbir zalında keçirilən konsert proqramında vətənpərvərlik mövzulu musiqilər səsləndirilib.

Günün digər tədbiri Masallıda baş tutub. Belə ki, Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin solistləri və instrumental musiqi ifaçılarının iştirakı ilə Respublika Gününə həsr olunan növbəti musiqi tədbiri keçirilib. Tədbirdə yerli sənətçilər Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov zövqlü, mövzu ilə səsləşən musiqi nömrələri ifa ediblər.

Günün sonuncu musiqi tədbiri Cəlilabadda keçirilib. Onlayn qaydada izləyicilərə təqdim olunan konsert proqramında rayon Mədəniyyət Mərkəzinin istedadlı sənətçiləri iştirak ediblər. Onlar əlamətdar tarixi günlə əlaqədar bir-birindən zövqlü, milli-vətənpərvərlik ruhunda musiqilər səsləndiriblər. Proqram ərzində solistləri mərkəzin musiqiçi kollektivi müşayiət edib.

Qeyd edək ki, hər üç konsert tədbiri sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 

239.7 KB

 

230 KB

 

160.6 KB