Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 İyun Milli Qurtuluş Günüdür.

12.06.2020

Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində milli qurtuluş günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin fond müdiri İlqar Həsənov əvvəlcə tədbir iştirakçılarını təbrik edib. İ. Həsənov çıxışında ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsilə Azərbaycan xalqı böyük bəlalardan qurtulduğunu və öz ömrünü xalqının rifahına həsr etdiyini bildirib. O, həmçinin Azərbaycanın tarixən keçdiyi çətin və şərəfli inkişaf yolu haqqında da tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra muzeyin elmi işçisi Əlisəfa Əhmədov çıxış edib. O, Ulu öndər H. Əliyevin doğma vətəni Azərbaycan naminə gördüyü, habelə ölkədə və beynəlxalq arenada rəğbətlə qarşılanan işlərdən söhbət açaraq, digər məsələlərlə yanaşı "Əsrin müqaviləsi"ni də xüsusi olaraq vurğulayıb.

Sonda muzeyin əməkdaşı Qəzənfər Əzizov isə ümummilli lider H. Əliyevin keçdiyi nümunəvi həyat yolu haqqında çıxış edib.

 

70.6 KB

 

70.3 KB