Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı və Cəlilabad rayonlarında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan onlayn konsert proqramları keçirildi.

15.06.2020

İyunun 15-də Masallı və Cəlilabad rayonlarında Milli Qurtuluş Gününə həsr olunan konsert proqramları keçirilib. Mədəniyyət mərkəzləri tərəfindən təşkil edilən virtual musiqi tədbirlərində sözügedən rayonların incəsənət kollektivləri iştirak ediblər.

Günün ilk tədbiri Masallıda baş tutub. Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin tədbir salonunda təşkil edilən musiqi proqramında mərkəzin solistləri və instrumental musiqi ifaçıları iştirak ediblər. Konsertdə tanınan və sevilən sənət adamlarından Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov və Mətanət Əzizli zövqoxşayan, eləcə də milli-vətənpərvərlik mövzulu sənət repertuarı ilə izləyicilərə maraqlı musiqi çələngi təqdim ediblər. Sənətçiləri Sakit Müslümovun rəhbərlik etdiyi istedadlı instrumental musiqiçi kollektivi müşayiət edib.

Günün digər musiqi tədbiri Cəlilabadda keçirilib. Belə ki, rayon mədəniyyət mərkəzinin musiqi kollektivi əlamətdar tarixi günlə əlaqədar virtual izləyicilərinə konsert ərmağanı bəxş ediblər.

Tədbirin aparıcısının bayram təbrikindən sonra ilk ifaçı, mərkəzin solisti Əlibaba Əliyev səhnəyə dəvət edilib. Sonra növbə ilə digər ifaçılar - Nəsimi Ağayev, rayon Uşaq İncəsənət Məktəbinin şagirdi İsmayıl İmanov, Rövşən Abdullayev, Bayram Kərimov və başqaları mövzu ilə səsləşən, bayram ovqatlı musiqi parçaları səsləndiriblər.

Konsert proqramı təxminən 40 dəqiqə davam edib.

Qeyd edək ki, hər iki konsert tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.

 

233.3 KB

 

168.5 KB

 

218.2 KB