Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallının mədəniyyət ictimaiyyəti şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib.

23.07.2020

İyulun 23-də Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, tabe müəssisələrin rəhbərləri, eləcə də digər yerli mədəniyyət ictimaiyyətinin nümayəndələri şəhid mayor Anar Novruzovun rayonun Ərkivan qəsəbə qəbristanlığındakı məzarını ziyarət edib, şəhidin məzarı önünə tər çiçəklər və əklillər düzüblər.

Xatırladaq ki, mayor Anar Gülverdi oğlu Novruzov 1976-cı ildə Ərkivan qəsəbəsində anadan olub. O, iyulun 14-də Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

Allah rəhmət eləsin!

 

591.6 KB

 

479.3 KB

 

437.2 KB