Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı rayon Musaküçə kənd sənətkarlıq evinin musiqi ansamblının virtual konserti baş tutub.

18.08.2020

Avqustun 18-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Musaküçə kənd sənətkarlıq evinin musiqi ansamblının virtual konserti baş tutub. İstedadlı gitara ifaçısı Füzuli Tağıyevin rəhbərlik etdiyi sənət kollektivinin üzvləri, o cümlədən solistlər və instrumental musiqi ifaçıları konsert boyu şən musiqi nömrələri ifa ediblər.

Sənətkarlıq evinin konsert zalında təşkil edilmiş virtual musiqi tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.

Məlumat üçün bildirək ki, Masallı Regional Mədəniyyət İdarəsi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert tədbirində mərkəzin direktoru Vəkil İsmayılov, Musaküçə kənd sənətkarlıq evinin direktoru Bəhram Abuşov, quruluşçu rəssam Elsevər Əliyev və digərləri yaxından iştirak ediblər.

 

222.6 KB

 

267.9 KB

 

256.5 KB