Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid mayor Anar Novruzova həsr olunmuş virtual kompozisiya uğurla səhnələşdirilib.

20.08.2020

Avqustun 20-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrının şəhid mayor Anar Novruzovun əziz xatirəsinə həsr etdiyi virtual kompozisiya uğurla səhnələşdirilib.

"Qanla yazılan tarix" adlı tamaşa-kompozisiyada teatrın sənət kollektivilə yanaşı, məktəblilər və "Viləş" məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları iştirak ediblər.

Azərbaycanın müasir ədəbiyyatının görkəmli nümayəndələrinin şeirlərindən, eləcə də şəhid A. Novruzova həsr olunmuş şeir parçalarından hazırlanmış tamaşa-kompozisiya məzmun baxımından milli birlik və oyanış, vətən torpaqları uğrunda mübarizəyə çağırış, vətən yanğısı kimi ideal və dəyərləri ehtiva edib. Eyni zamanda, kompozisiyada şəhid A. Novruzovun öz şəxsiyyətində cəmlədiyi vətənə sevgi və bağlılıq, mərdlik kimi keyfiyyətləri poeziyanın dili ilə obrazlı şəkildə ifadə edilib.

Tamaşa-kompozisiya rayon Mədəniyyət Mərkəzinin boş (tamaşaçısız) zalından sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.

Kompozisiyanın ərsəyə gəlməsində mərkəzin direktoru Vəkil İsmayılov, teatrın baş rejissoru Cəmaləddin Əliyev, quruluşçu rəssam Elsevər Əliyev və digərlərinin əməyi olub.

 

220.1 KB

 

182.9 KB

 

222.2 KB