Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və rayonun mədəniyyət müəssisələrinin birgə iştirakı ilə videokonfrans təşkil edilib.

21.08.2020

21 avqust 2020-ci il tarixində Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Pandemiya dövründə gənc mədəniyyət işçiləri" adlı videokonfrans keçirilib.

Videokonfransda Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, idarənin əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, struktur bölmə rəhbərləri və gənc mədəniyyət işçiləri iştirak ediblər.

Onlayn tədbirdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, könüllülük hərəkatının inkişafı və karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtlarının səmərəli təşkili sahəsində gənc mədəniyyət işçilərinin fəaliyyəti və digər məsələlər müzakirə olunub.

Onlayn konfransı Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov açaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Diqqətə çatdırılıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət Proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq aləmə inteqrasiyası, dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır. Ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer alırlar. Dövlət səviyyəsində 2020-ci ilin "Könüllülər ili” elan edilməsi təbii ki, bu məntiqin nəticəsidir.

Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev öz çıxışında qeyd edib ki, rayonumuzda yerləşən mədəniyyət müəssisələrinin pandemiya şəraitində səmərəli fəaliyyəti, görülən işlər forma və məzmun baxımından diqqəti cəlb edib. Belə ki, ölkəmizdə karantin rejimi elan edilən gündən etibarən rayonun mədəniyyət müəssisələri öz fəaliyyətlərini əsasən onlayn şəkildə davam etdiriblər. Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşunaslıq Muzeyi, Rəsm Qalereyası müxtəlif dillərdə virtual ekskursiyalar təşkil edərək, sosial şəbəkə hesablarında dərc ediblər. Bunlarla yanaşı, rayon Xalq teatrı müxtəlif mövzularda maarifləndirici tamaşa və kompozisiyalar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim edib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları görkəmli ədiblər, tarix, əlamətdar günlərlə bağlı baxımlı videoçarxlar hazırlayıb, eyni zamanda virtual bədii qiraət müsabiqələri təşkil ediblər.

Tədbirdə digər çıxış edənlər pandemiya dövrü üçün müxtəlif təkliflər səsləndirib, müzakirələr aparıblar.

 

47 KB

 

22.7 KB

 

42.7 KB