Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə qarşıdan gələn yeni tədris ili münasibətilə videokonfrans keçirilib.

11.09.2020

11 sentyabrda Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "15 sentyabr - Bilik günü" münasibətilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda Masallı şəhər 2 saylı, Mahmudavar, Öncəqala, Babaser, Dəmirçi kənd tam orta məktəblərində çalışan təhsil işçilərinin və gənclərin iştirakı ilə videokonfrans keçirilmişdir.

Videokonfransda mərkəzin direktoru Dilbər İbayeva iştirakçıları salamlamış, qarşıdan gələn "15 sentyabr - Bilik günü" münasibətilə hər kəsi təbrik etmişdir. D. İbayeva çıxışında bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutmuşdur. Ulu öndərimiz ölkənin və xalqın taleyində və hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür.

Sonra çıxış üçün söz Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizovaya verildi. M.Əzizova çıxışına dahi rəhbərin "Təhsil millətin gələcəyidir" kəlamı ilə başladı və bildirdi ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider H. Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub. Görkəmli dövlət xadimi H. Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı.

Daha sonra Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva çıxış edərək bildirdi ki, müdrik dövlət xadimi H. Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binası tikilib istifadəyə verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

 

48.2 KB

 

75 KB

 

54.4 KB