Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı və Ağstafa Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə təhsil mövzusunda videokonfrans keçirilib.

14.09.2020


14 sentyabr tarixində Ağstafa və Masallı Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda onlayn videokonfrans keçirilib. Videokonfransda adıçəkilən mərkəzlərin əməkdaşları iştirak ediblər.
Videokonfransda çıxış edən Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova tədbir iştirakçılarını salamlamış və Masallı Rayon Heydər Əliyev Mərkəzilə birgə əməkdaşlıq üçün şad olduğunu bildirib. O, mövzu ətrafında çıxış edərək qeyd edib ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyətilə bağlıdır. Əlavə olunub ki, Ulu öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.
Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyeviv təhsilimizə böyük qayğısının nəticəsi olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.
Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib.
Sonra çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verməkdədir.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
 

 

39.7 KB

 

41.9 KB

 

39.8 KB