Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc xanımların cəmiyyətimizdəki rolu” adlı onlayn tədbir keçirilib.

17.09.2020

17 sentyabr tarixində R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Bədəlan kənd tam orta məktəbinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Gənc xanımların cəmiyyətimizdəki rolu” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva gənc məktəblilərə Azərbaycan qadınının fəal ictimai fəaliyyətindən, ölkədə ictimai həyatın bütün sahələrində qadınlarımızın təmsil olunmasından danışıb. Ə. Tağıyeva qeyd edib ki, elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Əlavə olunub ki, Azərbaycan qadını bu gün həm ana, həm həkim, müəllim, memar, dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. O, dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına göstərilmiş diqqət və qayğıdan, ölkə qadınına verdiyi yüksək dəyər və onun haqqında ifadə etdiyi səmimi tarixi fikirləri barədə danışıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınların ictimai həyatda fəal iştiraka cəlb olunması istiqamətindəki fəaliyyətləri uğurla davam etdirirlər. Ə. Tağıyeva gənc xanımlara xitabən deyib ki, sizin kimi gənclərin üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, təhsil alıb indiki və gələcək cəmiyyətimizə böyük töhfələr verəsiniz. Buna görə də, birinci növbədə ali məktəblərə daxil olub, savad qazanmalısınız: "İndinin gənc xanımları sabahın anası, müəllimi, həkimi, dövlət qulluqçusudur. Qızlarımız təsildən qalmamalıdır" - deyə Ə. Tağıyeva qeyd edib.

Onlayn tədbirin iştirakçısı, məktəbli İlqarə Şahbazzadə hər bir xanımın təhsil almaq hüququ olduğunu, bunu həyata keçirmək üçün səy göstərməyin vacibliyini vurğulayıb. İ. Şahbazzadə qeyd edib ki, gənc nəslin nümayəndələri, o cümlədən xanımların sağlam düşüncəli, geniş dünyagörüşlü olması, hərtərəfli şəxsiyyət kimi yetişmələri üçün təhsil almaları mütləqdir.

Ə. Tağıyeva tədbirin sonunda şagirdlərə yüksək bilik əldə etmələrini, gələcəkdə şəxsi və cəmiyyətimizin həyatında yüksək mövqe tutmalarını arzulayıb.

 

50.6 KB

 

72.1 KB

 

70.3 KB