Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onlayn tədbir - sərgi təşkil edilib.

23.09.2020

Sentyabrın 23-də R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində İkinci Dünya Müharibəsi illərində antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir - sərgi keçirilib.

Tədbir – sərgidə Masallı şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, məktəbin 9-cu sinif şagirdləri və gənclər iştirak ediblər.

Onlayn tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva İkinci Dünya Müharibəsində Azərbaycanlı hərbçilərin rolu, göstərdikləri qəhrəmanlıq nümunələri, həmçinin faşizm və nasizm ideologiyalarının yaratdığı bəşəri təhlükə və onlar üzərində qələbənin qazanılması barədə danışıb. O, bununla yanaşı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Azərbaycan xalqının mərd oğlu, şərəfli döyüş yolu keçmiş Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat və döyüş əməliyyatları haqqında da söhbət açıb.

Ə. Tağıyeva tədbirdə Ə. Cəbrayılovun vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə igidlik nümayiş etdirmiş şəhid övladı, Milli Qəhrəman Mikayıl Cəbrayılovun döyüş yolu və göstərdiyi hərbi şücaət barəsində də şagirdlərə ətraflı məlumatlar verib.

Tədbirin sonunda məktəblilər Ə. Cəbrayılovun həyatı və fəaliyyətini əks etdirən “Əfsanəvi Partizan” adlı onlayn sərgi ilə tanış olublar.

 

46.1 KB

 

58.2 KB

 

74.5 KB