Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.

15.01.2021


Yanvarın 15-də Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda videokonfrans keçirilib.
Tədbirdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə ilk çıxış edən mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq 31 il ötür. Həmin gün keçmiş sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Sonra mövzu ilə bağlı çıxış etmək üçün söz mərkəzin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. O, qeyd edib ki, Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri etiraz üçün küçələrə çıxmış dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olmuş, qeydə alınan 700-dən çox yaralının 25 nəfəri qadın, 20 nəfəri isə uşaq olmuşdur. Qanlı Yanvar hadisəsinə ilk siyasi qiymət verən ümummilli lider Heydər Əliyev olmuşdur.
Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva çıxışı zamanı bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin dövlət səviyyəsində həll olunmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyub.
Sonda mərkəzin digər əməkdaşı, Vətən müharibəsinin iştirakçısı olmuş Nurlan Muradov çıxış edib. Qeyd olunub ki, cənab Ali Baş Komandan, dünya diplomatiya tarixinə yazılan, milli maraqlara əsaslanan siyasətilə Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya faktlarla sübut etdi. Rəhbərliyilə müzəffər ordumuz 44 gün ərzində 30 illik həsrətə son qoyaraq, düşməni diz çökdürdü. Bununla da, Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi.
 

 

23.8 KB

 

30.8 KB