Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabadlı incəsənət ustaları ”N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər.

01.05.2021


Mayın 1-də Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 22-ci ili münasibətilə Göytəpə şəhərinin inzibati ərazisində yerləşən "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək hərbi hissənin əsgər və zabit heyətini səmimi salamlayıb, həmçinin əlamətdar gün və qarşıdan gələn Ramazan bayramı münasibətilə idarənin rəhbərliyi və kollektivinin təbriklərini hərbçi heyətinə çatdırıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Konsert proqramında rayon Mədəniyyət Mərkəzinin incəsənət ustaları vətənpərvərlik ruhlu və şən musiqilər səsləndiriblər.
Proqramın sonunda hərbi hissə rəisi tədbirin təşkili və göstərilən diqqətə görə idarə rəhbərliyi və sənət kollektivinə minnətdarlıq edib.
 

 

109.4 KB

 

111.1 KB