Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

30.04.2021


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.
Aprelin 30-da rəis B. Qılıncov kollektivlə tanışlıq məqsədilə idarədə görüş keçirib. İdarə rəisi əməkdaşlarla görüşü zamanı nazir Anar Kərimovun müvafiq tapşırıq və tövsiyələrini kollektivin nəzərinə çatdırıb. O, eyni zamanda nazirlik sistemində aparılan islahatlar, yeni çağırışlar, qarşıda görüləcək işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. B. Qılıncov həmçinin idarənin bundan sonrakı fəaliyyəti ilə bağlı əsas cəhətlər, o cümlədən nazir A. Kərimovun tapşırıqlarından irəli gələn bir sıra yeni vəzifələr haqda danışıb və onların icrası ilə bağlı fikirlərini idarə əməkdaşları ilə bölüşüb.
Rəis daha sonra idarənin fəaliyyəti ilə yaxından tanış olub.
Əlavə edək ki, B. Qılıncov sonuncu təyinata qədər Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində məsul vəzifədə çalışıb.
Masallı Regional Mədəniyyət İdarəsinin kollektivi olaraq Bəxtiyar müəllimi yeni təyinat münasibətilə təbrik edir, fəaliyyətində uğurlar diləyirik!
 

 

102.5 KB

 

121.4 KB