Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabadda Ramazan ayı ilə əlaqədar şəhid ailələri ziyarət olunub.

30.04.2021


Aprelin 30-da Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonundakı müəssisələrinin rəhbərləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin nümayəndələri Ramazan ayının gəlişi ilə əlaqədar şəhid ailələrini sovqatla ziyarət ediblər.
Mədəniyyət işçiləri əvvəlcə rayonun Cəfərxanlı kəndində şəhid Səyadulla Rasim oğlu Əhmədovun ailəsini ziyarət ediblər. Şəhid S. Əhmədov cəbhəyə könüllü yola düşüb, Füzuli və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli şəhəri ətrafındakı əməliyyatlarda şəhidlik məqamına yüksəlib.
Şəhid Səyadulla Əhmədov Prezidentin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Mədəniyyət işçiləri və müvafiq sahə üzrə yerli həmkarlar komitəsi mənsubları sonra rayonun Babaxanlı kəndində şəhid Vüsal Əliağa oğlu Muradovun ailəsinə baş çəkiblər. Şəhid V. Muradov Füzuli və Cəbrayıl rayonları uğrundakı döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Şəhid Vüsal Muradov Prezidentin müvafiq Sərəncamları ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunması görə" medalları ilə təltif olunub.
 

 

48.9 KB

 

95 KB