Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Narkomaniyanın fəsadları və insan alverinin qurbanları” mövzusunda onlayn tədbir.

30.04.2021


30 aprel tarixində Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Tüklə kənd və Ərkivan qəsəbə 2 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin, rayon Polis Şöbəsinin əməkdaşı Samid Əliyevin iştirakı ilə “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları" mövzusunda onlayn tədbir keçirilib.
İlk olaraq, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva onlayn tədbirdə narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, bu kimi zərərli vərdişlərin yaratdığı ictimai fəsadlar barədə geniş çıxış edib. Bildirib ki, narkomaniya əvvəlki dövrlərdə olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniya təhlükəsi artdıqca onunla aparılan mübarizə də aktuallığını qoruyur. Həmçinin qeyd olunub ki, narkotiklərdən istifadə sosial-psixoloji mühitə, iqtisadiyyata və qanunun aliliyinə də mənfi təsir göstərir. Ə. Tağıyeva onu da əlavə edib ki, narkotik asılılığının qurbanları daha çox yeniyetmələr və gənclər olur. O, bu kimi mənfi halların aradan qaldırılması üçün müvafiq istiqamət üzrə maarifləndirmə tədbirlərinin, təhsil müəssisələrində profilaktik işlərin aparılmasının əhəmiyyətindən də bəhs edib.
Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev çıxışında narkotik vasitə və psixotrop maddələri cəmiyyətin mənəviyyatına və əxlaqi dəyərlərinə böyük zərbə vuran problemlərdən biri olduğunu deyib. O, təmsil etdiyi qurum tərəfindən Azərbaycanda uzun illər ərzində narkomaniyaya və insan alverinə qarşı ciddi mübarizə tədbirlərinin görüldüyünü, bu sahədə ölkəmizin beynəlxalq əməkdaşlığa da töhfə verdiyini bildirib.
Sonra təhsil müəssisələrinin onlayn tədbirdə iştirak edən direktorları Hakim Qurbanov və Əbülfəz Əsədov yeniyetmələri bəhs olunan ictimai bəladan çəkindirmək üçün təhsil sisteminin rolu barədə çıxışlar ediblər.
 

 

34.6 KB

 

42.9 KB