Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tanınmış mədəniyyət işçisi Vəkil İsmailovun 65 yaşı tamam olur.

04.05.2021


May ayının 4-də Masallı rayonunda, eləcə də regionda tanınan, xüsusi nüfuz və ehtiram sahibi Vəkil Əli oğlu İsmailovun 65 yaşı tamam olur.
V. İsmailov ötən əsrin 70-ci illərindən mədəniyyət sahəsində fəaliyyət göstərir. Yubilyarın mədəniyyət sferasındakı fəaliyyətinin əksər hissəsi rayonun qocaman mədəniyyət ocaqlarından olan Mədəniyyət Mərkəzi ilə bağlıdır. Belə ki, V. İsmailov rayonun əsas yaradıcılıq mərkəzində əvvəlcə bədii rəhbər, sonra isə direktor vəzifəsinə təyin olunub və bugünədək bu məsul vəzifəni uğurla və layiqincə icra edir.
V. İsmailov bu illər ərzində özünü səriştəli mədəniyyət işçisi, bacarıqlı rəhbər və təşkilatçı kimi tanıda bilib. O, rayonun ictimai-mədəni həyatında daim fəal iştirak edib, yeni mədəni təşəbbüslərlə çıxış edir.
V. İsmailov mədəniyyət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti və göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif mükafatlara, fəxri fərman və diplomlara layiq görülüb.
Masallı Regional Mədəniyyət İdarəsinin kollektivi olaraq Vəkil İsmailovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 

 

147.9 KB