Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Masallı


Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) üzrə nəzərdə tutulan tədbirlərdən rayon üzrə çay istehsalının və emalının təşkili.Suptropik və sitrus meyvələrinin istehsalının və emalının inkişaf etdirilməsi.
220 kvt. Masallı - Əli-Bayramlı DRES, Masallı və 220 kvt Masallı-Astara elektrik ötürücü xəttinin çəkilməsi tədbirləri istisna olmaqla, Masalı rayonu üzrə nəzərdə tutulan tədbirlər mərhələlər üzrə icra olunmuşdur.
Tərəvəzçilik, taxılçılıq, heyvandarlıq torpaq payçılarının təşəbbüsü və şəxsi vəsaiti hesabına inkişaf etdirilmişdir.2013-cü ildə rayon üzrə 23177 ton taxıl, 70299 ton tərəvəz, 5678 ton ət, 48570 ton süd, 55,2 milyon ədəd yumurta istehsal olunmaqla, iri buynuzlu mal-qaranın sayı 74032 başa, qoyun və keçilər 82963 başa, quşların sayı isə 501,0 minə çatmışdır.
2013-cü ildə rayon üzrə 847 min manat dəyərində kərpic, 23,2 milyon manat dəyərində mebel istehsal olunmuşdur.Turizm sahibkarların şəxsi vəsaiti hesabına inkişaf etdirilmişdir. 2013-cü ilin aprel ayında Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir.
Qarabağ əliləri və şəhid ailələri üçün 8 mənzilli bina 2006-cı ildə istifadəyə verilmiş, bu proqramın davam olaraq 32 mənzilli bina 2008-ci ilin I rbündə imtiyazlı şəxslərə veriləcəkdir.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər proqramına əsasən rayonumuzda içməli su probleminin həlli icra olunur.Masallı şəhərinə 4,5 km məsafədən su xətti çəkilmiş və şəhər ərazisində şəbəkələrə paylanmışdır.
Rayonun digər ərazilərinin içməli su ilə təminatı üçün iki variant üzrə çəkiliş işlərinə başlanılmışdır.
Rayonda 28173 abonent təbii qazdan istifadə edir.Hazırda rayonun qazlaşdırılması istiqamətində işlər aparılır.
01 yanvar 2014-cü il tarixə rayon üzrə 41900 abonent elektrik enerjisindən istifadə edir. Elektrik təsərrüfatının əsaslı təmiri kiçik həcmlərlə icra olunur.
Dövlət proqramı çərçivəsində rayonun su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir.

Masallı rayonunun Aqrar sahəsi üzrə ümumi məlumаt

Rayonun Ümumi ərazi, [kv.km] 0,72 Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 32571 Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 22863 Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 3893 Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 24998 Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 1433 Şoran torpaqların ümumi sahəsi, [kv.km]
Mаsаllı rаyоnunun ərаzisi 72097 hекtаrdır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi 32571 hektar, əkin yeri 24998 hektardır. Ümumi ərаzi mülкiyyət növləri üzrə аşаğıdакı кimi bölüşmüşdür : dövlət mülкiyyəti 22783 hа və yа 31,6 % bələdiyyə mülкiyyəti 18666 hа və yа 25,9 % хüsusi mülкiyyət 30648 hа və yа 42,5 % Dövlət mülкiyyətinə dахil оlаn ərаzinin 16663 hекtаrı və yа 73,2 %-i mеşəliк (15960 hа mеşə təsərrüfаtı idаrəsinin sаhəsi, 703 hа təsərrüfаt dахili mеşəliкdir), 440 hекtаrı və yа 1,9 %-i su fоndu, 4631 hа və yа 20,3 %-i dövlət еhtiyаt fоndu, qаlаn 1049 hекtаr və yа 4,6 % sаir tоrpаqdır. Bələdiyyə müкiyyətinə dахil оlаn ərаzinin 581 hекtаrı bələdiyyə оrqаnlаrının pеrspекtiv inкişаfı, 1020 hекtаrı bələdiyyənin еhtiyаt fоndu, 3603 hекtаr özəlləşmiş tоrpаq, 1388 hекtаrı əкin sаhəsi üçün, 113 hекtаr çохilliк əкmələr, 440 hекtаr mеşəliкlər, 855 hекtаr коlluqlаr, 1177 hекtаr çаylаr və gölməçələr, 941 hекtаr tiкili аltındа 6670 hекtаrı və yа 12 %-i əhаlinin həyətyаnı tоrpаq sаhəsi, qalan 2151 hektar və ya 11,3 % sair torpaqlardır. Хüsusi mülкiyyətə vеrilmiş tоrpаğın 26736 hекtаrı və yа 51,8 %-i özəlləşən tоrpаq sаhədir. 2011-ci ilin məhsulu üçün keçən ilin payızında 16596 hektar şum vurulmuşdur. Keçən ilə nisbətən əkin fondundan istifadə olunmayan sahələrin əlavə olaraq əkin dövriyyəsinə cəlb olunması məqsədi ilə əsaslı tədbirlər görülərək 9184,1 hektar buğda, 1761,8 hektar arpa, 10945,9 hektar taxıl əkməklə 820 hektar vələmir və sair dənlilər əkərək cəmi payızlıq əkinlərin həcmi 11,766 hektara çatdırılmışdır. Cari ilin altıncı ayının 11-dən biçin kompaniyasına başlanılmış,04 iyul 2011-ci il tarixə rayon üzrə biçin kompaniyası başa çatdırılmışdır. 1761,8 hektar aqrar sahəsinin hər hektarından 25,2 sentner almaqla 4432 ton arpa, 9184,1 hektar buğda sahəsinin hər hektarından 29,3 sentner olmaqla 26894,5 ton buğda istehsal olunmuşdur. Nəticədə rayon üzrə Masallı rayonunun tarixində ən yüksək göstərici olan 31326,5 ton taxıl, 10945,9 hektar sahədən toplanaraq məhsuldarlıq 28,6 sentner olmuşçdur ki, buğda respublika səviyyəsində orta hesabla hər hektara görə 4,6 sentner çoxdur. 2011-ci ilin məhsulu üçün 2250 hektar sahədə kartof, 3150 hektarda tərəvəz, 650 hektar sahədə bostan və digər məhsullar əkilmişdir. 2010-cu ilə nisbətən 2011-ci təsərrüfat ilində 700 hektaradək əkin sahəsi artaraq 18735 hektara çatmışdır. 01 iyul 2011-ci il tarixə 33 min ton tərəvəz 27 min ton kartof, 4 min tonadək bostan məhsulları istehsal olunmuşdur. Qeyd olunan müddətdə 721700 ton rayon üzrə yem tədarük olunmuşdur. Qeyd lunan bütün göstəricilər keçən ilin müvafiq dövründən yüksək olmuşdur. Taxıl istehsalı 2010-cu ilə nisbətən 2,2 dəfə artmışdır. 2011-ci ilin əkini üçün 5947 nəfər istehsalçıya 342733 manat kompensasiyanın ödənilməsinə respublika komissiyası qərar vermişdir. Rayopnda fəaliyyət göstərən Aqroservis xidməti müəssisəsində 3 kombayn, fiziki şəxslərdə mövcud olan 50 ədəd müxtəlif illərin istehsalı olan kombaynların biçin dövründə ümumi sayı digər rayonlardan gələnlərlə birlikdə 60-a qədər olmuşdur. Rayon üzrə 436 təkərli traktor, 48 ədəd şum traktoru, 105 ədəd pres bağlayanŞ 110 ot biçən, 32 ədəd ot yığan, 234 ədəd traktor qoşqusu cari ilin şum,əkin, biçin və yem tədarükü kompaniyasında mütəşəkkil istifadə olunmuşdur. Cari ilin altı ayı ərzində rayon üzrə mövcud mal-qaranın baş sayı 177 baş artaraq 69376 başa çatmışdır. Ana malların baş sayı altı ay ərzində 225 baş artaraq 34,930 başa çatmışdır. Xırda buynuzlu mal-qaranın sayı 126 baş artaraq 74,763 başa çatmışdır. Rayon üzrə quşların baş sayı 46,3 min baş təşkil edir. 2011-ci ilin altı ayı ərzində rayon üzrə bütün heyvandarlıq məhsulları 2010-cu ilə nisbətən müvafiq olaraq artıq icra olunmuşdur. Belə ki, ət istehsalı 2010-cu ilin altı ayına nisbətən 12,1 faiz artaraq 2624,5 tona, süd istehsalı 20,2 faiz artaraq 23541,7 tona, yumurta istehsalı 2,6 faiz artaraq 33412 min ədədə çatmışŞ yun istehsalı 96 ton olmuşdur. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı davam etdirilir. Tərəvəz, bostan, kartof məhsulları yerli Respublika bazarlarında, Bakı şəhərində təşkil olunmuş yarmarkalarda tədarük olunur.

RAYONUN KƏND TƏSƏRRÜFATI

Əsas təsərrüfat fəaliyyəti haqda məlumat Son dövrlər ərzində Masallı rayonunda iqtisadiyyatın bütün sahələrində geniş islahatlar aparılmış, kənd təsərrüfatı məhsullarının istehsalı xeyli genişləndirilmişdir.

2004-cü ildə 57072,6 ton tərəvəz, 13025.2 ton kartof, 9063.2 ton bostan məhsulları, 133,3 ton qarğıdalı, 412, 7 ton günəbaxan, 2498,2 ton meyvə, 23,4 ton tütün, 1462.2 ton dənli-paxlalı məhsullar tədarük edilmişdir. 2010-cu ildə 14368 ton taxıl, 77810 ton tərəvəz, 28257 ton kartof, 7578 ton bostan məhsulları, 218 ton qarğıdalı, 234 ton günəbaxan, 1629 ton meyvə, 651 ton üzüm, 1473 ton dənli-paxlalı məhsulları istehsal olunmuşdur. Hal-hazırda rayonda 32,571 hektar məhsuldar torpaq mövcuddur. 3893 hektar torpaq sahəsi örüş üçün nəzərdə tutulmuşdur. 45 ha sahə meyvəçiliyin inkişafı üçün ayrılmışdır. Masallı aqrar rayonu olduğu üçün əhalinin əsas məşğuliyyət sahəsini əkinçilik və heyvandarlıq təşkil edir. Rayon mərkəzində yaşayanlar ayrı-ayrı sənaye müəssisələrində çalışır, əhalinin az qismi isə kommersiya fəaliyyəti ilə məşğuldur.

İri və xırda buynuzlu mal-qara haqda məlumat Masallı Respublikanın böyük heyvandarlıq rayonlarından biridir. Rayonda iri buynuzlu mal-qaranın sayı 69376 başa, ondan ana malın sayı 34930 başa, qoyun-keçilərin sayı 74763 başa çatdırılmışdır. Hazırda rayonda fəaliyyət göstərən 75 fiziki şəxslərə məxsus fermalarda 3925 baş iribuynuzlu və 4970 baş qoyun saxlanılmaqla bu sahədə 460 nəfərə qədər işçi çalışır. Rayonda camışçılığı daha geniş inkişaf etdirmək məqsədi ilə camışçılıq asossiasiyası yaradılmışdır. Hazırda rayonda 3701 baş camış var ki, ondan 1872 başı ana camışlardır.

Quşçuluq haqda məlumat Heyvandarlığın əsas sahələrindən biri də quşçuluqdur. Rayon əhalisinin quş ətinə olan tələbatını ödəmək üçün əvvələr 3 broyler təsərrüfatı fəaliyyət göstərmişdir. Hazırda özəlləşdirilmiş 1 broyler təsərrüfatı fəaliyyət göstərir. Hazırda özəl və fərdi təsərrüfatlarda rayon üzrə 554000 baş quş saxlanılır.

Əsas kənd-təsərrüfat bitkilərinin adları 1. Buğda 2. Arpa 3.Noxud 4.Kartof 5. Kələm 6. Pomidor 7.Xiyar 8. Bibər 9. Badımcan 10. Soğan 11. Sarımsaq 12. Limon 13. Mandarin 14. Feyxoa

Yеni Iş yеrləri

2013-cü ildə rayonda 2975 yeni iş yeri yaradılmışdir ki, bunların 1828-i daimi iş yerləridir. Yeni yaradılmış müəssisələr üzrə 241 yeni iş yeri, mövcud müəssisələr üzrə 611, fiziki şəxslər üzrə 976 daimi iş yerləri açılmışdır. Bundan başqa digər tədbirlər üzrə isə 1147 iş yerləri yaradılmışdır.