Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Masallı

Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi
Masallı rayon Mədəniyyət və turizm şöbəsi 1946-cı ildə yaranmışdır. Əvəllər mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və truzm şöbəsi adlandırılmışdır. 
Hal-hazırda rayonda 43 klub müəsisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu , 1 rayon mərkəzi kitabxanası onun 52 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev mərkəzi, tarix diyarşunaslıq muzeyi, Rəsm qalereyası, 168 tarix və Mədəniyyət abidələri, 28 turist obyekti faliyyət göstərir. Rayonun kulub müəsisələrində 114 bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir ki, bura 2895 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adını daşıyır. Bunlar rayon mədəniyyət evinin xalq teatrı və Mahmudavar kənd mədəniyyət evinin "Halay" foklor mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən coxdur ki, faliyyət göstərir və dünyanın 28-dən cox ölkəsində Azərbaycanı təmsil etmişdir.
Masallı rayonunda ilk kitabxana Muzdurlar komitəsinin qərarı ilə 1924-cü ildə Masallı şəhərində yaradılmışdır. Bu komitənin təşəbbüsü ilə ayrı-ayrlı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdir. 1978-ci ildə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 47 kənd kitabxana filialları fəaliyyət göstərir.