Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Laçın rayonunun işğaldan azad olunmasının birilliyi münasibətilə tədbir keçirilib

01.12.2021

Dekabrın 1-də Masallı rayon Mərkəzi Kitabxanasında Laçın rayonunun işğaldan azad olunması günü münasibətilə tədbir keçirilib. Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni 28 il ərzində düşmən işğalından əziyyət çəkən Laçın rayonunun Azərbaycan xalqının sarsılmaz iradəsi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində öz azadlığına qovuşduğunu bildirib.

Tədbirdə geniş məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Gülər Piriyeva Azərbaycanın Vətən müharibəsində möhtəşəm tarixi qələbəsini şərtləndirən əsas amillərə toxunub. O, diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti, diplomatik təcrübəsi və bacarığı, vətəndaşların vahid amal ətrafında birləşməsi, torpaqlarımızın azadlığı naminə bütünlüklə səfərbər olunması şanlı qələbəni təmin etdi.